Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıb

Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıb Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiyadan ölkəyə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Biznes
212
22 İyun , 2020 12:56
Qanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiyadan ölkəyə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir. 

Bildirilir ki, həmin məlumat əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya istiqamətindən “Samur“ gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi “SCANİA R420” markalı, 99 UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd müxtəlif versiyalı “iPhone 11” markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib.

Son xəbərlər

Orphus sistemi