Qətər Azərbaycandan çay idxalını bərpa edib
- 12 may, 2022
- 11:38
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 8,26 milyon ABŞ dolları dəyərində 1 min 728 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,7 % çoxdur, kəmiyyət olaraq – 9,1 % azdır.
Şri-Lankadan 7,47 milyon ABŞ dolları dəyərində 1 min 559 ton, Hindistandan 314,55 min ABŞ dolları dəyərində 88,12 ton, Rusiyadan 213,23 min ABŞ dolları dəyərində 30,36 ton, Keniyadan 173,89 min ABŞ dolları dəyərində 37,5 ton, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 53,57 min ABŞ dolları dəyərində 6,45 ton, məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Şri-Lankadan tədarük müvafiq olaraq 34,1 % və 5,6 % artıb, Hindistandan – 45 % və 44,3 % azalıb, Rusiyadan – 68,8 % və 78,9 % azalıb, Keniyadan – 2,7 dəfə və 68,2 % artıb, BƏƏ-dən – 6,5 % və 4,2 % artıb.
Hesabat dövründə Azərbaycan 855,18 min ABŞ dolları dəyərində 103,92 ton qara çay ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 33,4 % və 37 % azdır.
Gürcüstana 539,91 min ABŞ dolları dəyərində 65,5 ton, Ukraynaya 214,88 min ABŞ dolları dəyərində 27,72 ton, Özbəkistana 41,12 min ABŞ dolları dəyərində 5,13 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 29,32 min ABŞ dolları dəyərində 2,71 ton, Almaniyaya 14,5 min ABŞ dolları dəyərində 1,75 ton məhsul göndərilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Gürcüstana tədarük müvafiq olaraq 23 % və 26 % azalıb, Ukraynaya – 11,2 % və 7,6 % azalıb, Almaniyaya – 10,2 % və 1,1 % azalıb. Ötən ilin ilk iki ayında Azərbaycan Özbəkistan və BƏƏ-yə qara çay satmayıb.
Bir il 4 aylıq fasilənin ardından Qətərə tədarük bərpa edilib. Bu ölkəyə 1,81 min ABŞ dolları dəyərində 0,14 ton məhsul ixrac edilib.