Qazaxıstanda 180 mayeləşdirilmiş qaz satıcısı ilə bağlı araşdırmalara başlanılıb

Biznes
  • 08 yanvar, 2022
  • 07:34
Qazaxıstanda 180 mayeləşdirilmiş qaz satıcısı ilə bağlı araşdırmalara başlanılıb

Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyi (AZRK) mayeləşdirilmiş qazın (LPG) 180 pərakəndə satıcısı ilə bağlı araşdırmaya başlayıb.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, araşdırmalar ölkənin Manqistau vilayətində 85, Karaqandada 14, Atırauda 22, Akmolada 22, Qızılordada 12, Nur-Sultanda 4, Şımkənddə 5, Kostanayda 4, Şimali Qazaxıstanda 4, Türküstanda 5, Cambilda 2, Almatıda isə 1 sahibkarları əhatə edir. Məqsəd bütün regionlarda LPG-nin qiymətlərinin müəyyən edilməsi və sövdələşmə əsasında satışının qarşısının alınmasıdır.