Qazaxıstan Azərbaycandan xurma tədarükünü kəskin artırıb
- 28 iyun, 2022
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 29,7 milyon ABŞ dolları dəyərində 34 min 781 ton xurma göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,9 %, kəmiyyət olaraq – 7,7 % azdır.
Azərbaycan Rusiyaya 28,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 6,7 % artıb) 34 min 781 ton (-7,7 %), Ukraynaya 933 min ABŞ dolları dəyərində (-18,4 %) 3 min 882 ton (-12,2 %), Qazaxıstana 77 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 226,1 ton (+95 %) və Belarusa 71 min ABŞ dolları dəyərində 186,15 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Hesabat dövründə Azərbaycana 4 min ABŞ dolları dəyərində 16,8 ton xurma idxal edilib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 84 % azdır və 28,2 % çoxdur.
Hesabat dövründə bu məhsul ancaq Ukraynadan alınıb. Bir əvvəl Azərbaycan Ukraynadan xurma idxal etməyib.