Qarabağın bərpasında Pakistan şirkətlərinin iştirakı müzakirə edilib

Qarabağın bərpasında Pakistan şirkətlərinin iştirakı müzakirə edilib İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla görüşüb.
Biznes
30 Noyabr , 2021 15:47
Qarabağın bərpasında Pakistan şirkətlərinin iştirakı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, pakistanlı nazir Cəlal Azərbaycanla siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəsinin biznes və investisiya mühiti ilə bağlı məlumat verib.

M.Cabbarov isə dost Pakistanla iqtisadi əlaqələrimizin genişləndiyini vurğulayıb. O, bildirib ki, hazırda tərəflərin müzakirə etdiyi Azərbaycan və Pakistan arasında preferensial ticarət sazişinin imzalanması iqtisadi-ticarət əlaqələrimizin inkişafına əlavə imkanlar yaradacaq.

Görüşdə tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi