"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq

"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq Qarabağ KOB-ları proqramı çərçivəsində 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.
Biznes
30 May , 2023 11:16
Qarabağ KOB-ları proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq

Azərbaycanda "Qarabağ KOB-ları" proqramı çərçivəsində 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, ümumilikdə layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 şəhid ailəsi üzvü, qazilər, müharibə iştirakçıları və onların ailə üzvləri cəlb ediləcək.

Xatırladaq ki, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə Qarabağ KOB-ları proqramına başlanılıb.

KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, ayrılan qrant vəsaiti hesabına həyata keçiriləcək Qarabağ KOB-ları proqramı çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin arasından müvafiq tələblərə uyğun gələn şəxslər seçilərək təlimlərə cəlb olunacaq. Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə də cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək.

Son xəbərlər

Orphus sistemi