Qaqauziya başqanı: "Azərbaycan türk dünyasında mühüm tərəfdaşlarımızdan biridir"

Qaqauziya başqanı: "Azərbaycan türk dünyasında mühüm tərəfdaşlarımızdan biridir" Qaqauziya hökuməti Türkiyə-Azərbaycan Biznes Cəmiyyəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Biznes
823
10 Fevral , 2017 11:12
Qaqauziya başqanı: Azərbaycan türk dünyasında mühüm tərəfdaşlarımızdan biridir

Bakı. 10 fevral. REPORT.AZ/ Qaqauziya hökuməti Türkiyə-Azərbaycan Biznes Cəmiyyəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

"Report" Qaqauziya KİV-inə istinadən xəbər verir ki, hazırda cəmiyyətin nümayəndə heyəti Moldovanın Komrat şəhərində tanışlıq xarakterli səfərdədir.

Nümayəndə heyəti Muxtar Respublikaya Qaqauziyanın başqanı İrina Vlaxın 2016-cı ilin dekabr ayında İstanbula rəsmi səfəri zamanı görüşdüyü Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin tapşırığı əsasında gedib.

Səfərin məqsədi iqtisadiyyatın qarşılıqlı ticarət və sərmayə qoyuluşu üçün ən məqbul sahələrini öyrənməkdir.

Türkiyə-Azərbaycan Biznes Cəmiyyətinin İdarə Heyətinin sədri Camal Yanqınla görüşdə Qaqauziyanın başqanı İrina Vlax muxtariyyətin sosial-iqtisadi sahədəki inkişafında Türkiyənin xüsusi rolu olduğunu qeyd edib. O, həmçinin Azərbaycanın türk dünyasında və beynəlxaq arenada Qaqauziyanın mühüm tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Başqan Qaqauziyanın həm Qərbdən, həm də Şərqdən sərmayə qoyuluşu üçün açıq olduğunu bildirib. "Moldova və Türkiyə arasında azad ticarət sazişinin qüvvəyə minməsi ilə türkiyəli sahibkarların Qaqauziyada işləmək imkanları praktiki olaraq, məhdudiyyətsiz olub", - deyə o, əlavə edib.

Öz növbəsində, C.Yanqın Türkiyə və Azərbaycan biznesmenlərinin əsas maraq istiqamətləri kimi toxuculuq sənayesi, turizm, yüngül sənaye, maliyyə-bank sektorunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi