KOBİA qadınlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir

KOBİA qadınlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir Avropa İttifaqının “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunmuş təlimçilər təlimini uğurla başa vuran Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkə regionlarında qadınlar üçün təlimlər keçirib.
Biznes
5 Mart , 2020 12:13
KOBİA qadınlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir

Avropa İttifaqının “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunmuş təlimçilər təlimini uğurla başa vuran Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkə regionlarında qadınlar üçün təlimlər keçirib.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, fevral ayı ərzində Quba, Xaçmaz, Mingəçevir və Gəncədə təşkil olunmuş təlimlərdə sahibkarlıq fəaliyyətinə maraq göstərən qadınlar iştirak edib. “Sahibkarlıq və biznesə başlama” mövzusunda təşkil olunmuş təlimlərdə KOB subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirci materiallar da paylanılıb.

Qeyd edək ki, KOBİA Avropa İttifaqının 2019-2021-ci illəri əhatə edən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihəsinin benefisiarlarındandır.

Son xəbərlər

Orphus sistemi