"PwС Azerbaijan": Əmək qanunvericiliyi yenidən nəzərdən keçirilməlidir

"PwС Azerbaijan": Əmək qanunvericiliyi yenidən nəzərdən keçirilməlidir Qanun pozuntuları və ödənilən cərimələrin əksəriyyəti bir sıra boşluqlar və iki mənalı müddəaların olması səbəbəindən baş verir
Biznes
5 İyun , 2017 14:20
PwС Azerbaijan: Əmək qanunvericiliyi yenidən nəzərdən keçirilməlidir

Bakı. 5 iyun. REPORT.AZ/ "Əmək qanunvericiliyi yenidən nəzərdən keçirilməli, neft sənayesində olan məşğulluğun xüsusiyyətlərini təsvir edən yeni fəsil əlavə edilməlidir".

"Report"un verdiyi xəbərə görə, bu barədə "PwС Azerbaijan" şirkətinin əmək və miqrasiya məsələri üzrə baş hüquqşunası Bahar Kavuzova "Risk" jurnalında məqaləsində bildirib.

"Təcrübədə rast gəlinən problemlərdən irəli gələrək deyə bilərik ki, neft və qaz sənayesinin sürətli inkişaf ritmi ilə uyğunlaşmaq üçün əmək qanunvericiliyi yenidən nəzərdən keçirilməli, bir sıra mövcud boşlulqlar və anlaşılmazlıqlar aradan qaldırılmalıdır. Beləliklə, Əmək Məcəlləsinə neft sənayesində olan məşğulluğun xüsusiyyətlərini təsvir edən yeni fəsil əlavə edilməli və bu sahəyə dair ortaya çıxa biləcək bütün hüquqi məsələlər tənzimlənməlidir", - B.Kavuzova deyib.

Hüquqşunas bildirib ki, Dövlət Əmək Müfəttişliyinin yoxlama zamanı aşkar etdiyi qanun pozuntuları və ödənilən cərimələrin əksəriyyəti qəsdən xətanın törədilməsindən deyil, bir sıra boşluqlar və iki mənalı müddəaların olması səbəbəindən baş verir.

"Çox vacibdir ki, anlaşılmazlıq ortaya çıxdığı halda işəgötürənlər yerli qanunvericilikdən başqa həm də qabaqcıl təcrübəni də nəzərdən keçirsin", - deyə şirkət rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi