“PwC Azərbaycan” Transfer Qiyməti üzrə maarifləndirmə sessiyası təşkil edib

“PwC Azərbaycan” Transfer Qiyməti üzrə maarifləndirmə sessiyası təşkil edib TQ qaydaları qarşılıqlı surətdə əlaqəli şəxslər və güzəştli vergi tutulan ölkələrdə olan şəxslər ilə aparılan beynəlxalq əməliyyatlara tətbiq olunur
Biznes
10 Aprel , 2017 19:06
“PwC Azərbaycan” Transfer Qiyməti üzrə maarifləndirmə sessiyası təşkil edib

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün “PwC Azərbaycan” “JW Marriott” Bakı Otelində Transfer Qiyməti (TQ) üzrə maarifləndirmə sessiyasını təşkil edib. 

Bu barədə “Report”a şirkətin bakı ofisindən məlumat verilib.

Sessiya çərçivəsində PwC mütəxəssisləri qlobal anlamda TQ barədə çıxış etdilər, onun Azərbaycan üçün mahiyyətini izah ediblər, TQ üzrə yerli qaydaları İƏT ölkələri, Gürcüstan və Qazaxıstanda mövcud qaydalarla müqayisə ediblər, və yeni TQ tələblərinə hazırlıq istiqamətində təcrübi tövsiyələr veriblər.

"Getdikcə şəffaflığın artdığı bir dünyada Azərbaycanda yeni olan bu TQ əsasnaməsini birmənalı şəkildə müsbət addım hesab edirik" -  PwC Azərbaycanın Vergi və Hüquq Məsələləri üzrə tərəfdaşı Maykl Ahern deyib.

Bu il transfer qiymət qaydaları Azərbaycan Vergi Məcəlləsinə daxil edilib və bu ilin fevralından təfərrüatlı transfer qiymət qaydaları qüvvəyə minib. TQ qaydaları qarşılıqlı surətdə əlaqəli şəxslər və güzəştli vergi tutulan ölkələrdə olan şəxslər ilə aparılan beynəlxalq əməliyyatlara tətbiq edilir.

Bundan əlavə, TQ qaydaları Azərbaycanda qeyri-rezidentlərin daimi nümayəndəlikləri ilə belə qeyri-rezidentlərin xaricdə yerləşən filialları və nümayəndəlik ofisləri arasında aparılan əməliyyatlara da tətbiq olunur. 

Sessiya çərçivəsində “PwC”nin vergi praktikasının mütəxəssisləri – Maykl Aern, Rizvan Qubiyev, Rəşad Abbasov, Günay Rüstəmova, Anuar Mukanov və Anastasiya Kipiani öz təqdimatları ilə çıxış ediblər.

Açıqlamada deyilir ki, “PwC Azərbaycan” gələcəkdə də müştərilərinə qanun dəyişikliklərindən faydalanmaq üçün geniş yerli və beynəlxalq təcrübədən yararlanaraq kömək göstərməyə davam edəcək.

Qeyd edək ki, “PwC”nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. “PwC”nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. “PwC” dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 223 min mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.

Son xəbərlər

Orphus sistemi