Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması əsas məqsəddir. Bu ilin 10 ayında bizim qeyri-neft ixracımız 12%, ümumi ixracımız isə 37% artıb. İxrac artdıqca bizim iqtisadi vəziyyətimiz daha da yaxşılaşır. Bu, makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir”.
“Report” xəbər verir ki, bunu Prezident
“Təsadüfi deyil ki, Azərbaycanda makroiqtisadi sabitlik çox yaxşı səviyyədədir, inflyasiya on ayda cəmi 2,4%-dir. Bu müəssisələrin yaradılması yerli və xarici investorlar üçün növbəti bir siqnaldır ki, gəlsinlər Azərbaycana sərmayə qoysunlar”, - deyə o, qeyd edib.
"Bu ilin 10 ayında ölkəmizin qeyri-neft sənayesi 10% artıb. Bu, çox gözəl göstəricidir. Kənd təsərrüfatı 5% artıb. Sumqayıt Kimya Sənaye Parkında əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər keçən il 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4 500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir. - deyə dövlət başçısı əlavə edib.