Polşa “Qazprom”u və tərəfdaşlarını cərimələdi

Polşa “Qazprom”u və tərəfdaşlarını cərimələdi Polşanın antiinhisar qurumu (OCCP) Rusiyanın təbii qaz inhisarçısı “Qazprom”u 29 milyard zlot (təxminən 7,6 milyard ABŞ dolları) cərimələyib. Bu, şirkətin illik gəlirinin təxminən 10%-i qədərdir.
Biznes
7 Oktyabr , 2020 18:26
Polşa “Qazprom”u və tərəfdaşlarını cərimələdi

Polşanın antiinhisar qurumu (OCCP) Rusiyanın təbii qaz inhisarçısı “Qazprom”u 29 milyard zlot (təxminən 7,6 milyard ABŞ dolları) cərimələyib. Bu, şirkətin illik gəlirinin təxminən 10%-i qədərdir. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, OCCP “Qazprom”un inşa etdiyi, 9,5 milyard ABŞ dollarına başa gələcək “Şimal Axını 2” ("Nord Stream 2") qaz kəmərinin Avropa İttifaqının enerji bazarlarında rəqabəti boğması qənaətinə gəlib və Rusiya şirkətini "cəzalandırıb". Qurum ona və tərəfdaşlarına (Fransanın “Engie”, Hollandiyanın “Royal Dutch Shell Plc”, Almaniyanın “Uniper SE”, “Wintershall AG, Avstriyanın “OMV AG” şirkətləri) maliyyələşdirmə müqavilələrini ləğv etmək üçün 30 gün vaxt verib. Yeri gəlmişkən, OCCP-nin qərarına əsasən, tərəfdaşlar da cərimə ödəməli olacaqlar - 234 milyon zlot (təxminən 61 milyon ABŞ dolları). 

Cərimələnmə barədə xəbərlərdən sonra fond birjalarında "Qazprom"un səhmləri 0,8% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi