“Polşa İnvestisiya və Ticarət Agentliyi”nin yerli nümayəndəliyi bağlanır

“Polşa İnvestisiya və Ticarət Agentliyi”nin yerli nümayəndəliyi bağlanır “Polşa İnvestisiya və Ticarət Agentliyi” SC-nin Azərbaycandakı nümayəndəliyinin Ümumi Yığıncağı​ hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
Biznes
24 Sentyabr , 2021 15:35
“Polşa İnvestisiya və Ticarət Agentliyi”nin yerli nümayəndəliyi bağlanır

“Polşa İnvestisiya və Ticarət Agentliyi” SC-nin Azərbaycandakı nümayəndəliyinin Ümumi Yığıncağı​ hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar​ 2 ay ərzində tələblərini​ Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 ünvanına bildirə bilərlər. Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) ödəyəcək.

Son xəbərlər

Orphus sistemi