Polşa Azərbaycana velosiped ixracını bərpa edib

Biznes
  • 14 iyul, 2022
  • 10:26
Polşa Azərbaycana velosiped ixracını bərpa edib

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 2,4 milyon ABŞ dolları dəyərində 65 min 500 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 21 % azdır.

Hesabat dövründə Çindən 1,94 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 38,5 % azalıb) 63 min 175 ədəd (-23,5 %), Rusiyadan 263 min ABŞ dolları dəyərində (+877 dəfə) 1 min 548 ədəd (+1 548 dəfə), Türkiyədən 77 min ABŞ dolları dəyərində (+12,2 dəfə) 336 ədəd (+3,3 dəfə), Polşadan 48 min ABŞ dolları dəyərində 194 ədəd, Almaniyadan 15 min ABŞ dolları dəyərində (-67,4 %) 121 ədəd (-13,6 %) məhsul idxal edilib.

Bir il 9 aylıq fasilənin ardından Polşadan Azərbaycana velosiped tədarükü bərpa edilib.

44 - Tezliklə