​Polşa AIIB-ə üzv olur

​Polşa AIIB-ə üzv olur Hələlik Polşanın Bankda hansı iştirak payı və səsvermə hüququna malik olacağı barədə məlumat yoxdur
Biznes
10 May , 2016 19:51
​Polşa AIIB-ə üzv olur

Bakı. 10 may. REPORT.AZ/ Polşa Mərkəzi və Şərqi Avropada ilk dövlətdir ki, Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv olur. “Report” xəbər verir ki, bunu Polşaya səfəri zamanı bu ölkənin prezidenti (Andrzej Duda) ilə görüşən AIIB-in prezidenti (Jin Liqun) deyib.

Polşa KİV-i artıq danışıqların final mərhələsinin baş tutduğunu və rəsmi Varşavanın tamhüququlu üzv olmaq üçün ilkin razılıq əldə edildiyini yazıb. Hələlik Polşanın Bankda hansı iştirak payı və səsvermə hüququna malik olacağı barədə məlumat yoxdur.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da 57 ölkə Pekində AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) təşkil edir.

Son xəbərlər

Orphus sistemi