“PMD Group"un yeni yaradılmış şirkəti ləğv olunur
- 21 dekabr, 2022
- 05:53
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Holdinq” MMC-nin törəmə strukturu "PMD Group" MMC-yə məxsus “PMD Əmlak” MMC fəaliyyətinə xitam verilərək “Foton” MMC-yə qoşulduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar 2-ci yenidən təşkil edilir.
Xatırladaq ki, bundan əvvəl "Xalq Bank" ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal İnvest Group” MMC fəaliyyətinə xitam verilərək “Foton”a qoşulmuşdu.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “PMD Əmlak”ı bu il noyabrın 16-da dövlət qeydiyyatına alıb. Şirkət “PAŞA Holdinq”lə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Ruslan Şamil oğlu Mikayılovdur. O, həm də "PMD Group"a daxil olan, bu il noyabrın 15-də yaradılmış "PMD Agro Əmlak" MMC-nin direktorudur.