“PMD Group”a daha bir şirkət qoşulub

Biznes
  • 10 yanvar, 2022
  • 08:26
“PMD Group”a daha bir şirkət qoşulub

“Çıraq-M” MMC ləğv olunaraq “PMD Group” MMC-yə qoşulur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Son nəticədə “PMD Group” yenidən təşkil olunur.

Qeyd edək ki, Gəncədəki “Ramada Plaza” mehmanxanası "Çıraq-M" MMC-yə məxsusdur.

Xatırladaq ki, 2021-ci il ərzində “PMD Group”a daha 14 şirkət qoşulmuşdu.

Ölkənin ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC 2013-cü ildən fəaliyyətə başlayıb. Şirkətin əsas fəaliyyət istiqamətləri - aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyulması və daşınmaz əmlakın idarə olunması.

Bu kommersiya qurumu "PAŞA Holdinq" MMC-yə məxsusdur.