Bakı. 12 may. REPORT.AZ/ Nyu-Yorkda keçirilən "Christie's" hərracında Pablo Pikassonun "Əlcəzair qadınları" əsəri rekord qiymətə - 179 milyon dollara satılıb.
"Report" xəbər verir ki, bu barədə "Christie's" hərrac evinin saytında məlumat yerləşdirilib.
Rəsm müəllif tərəfindən 1955-ci ildə Anri Matissenin xatirəsinə çəkilib.
Əsərin qiymətləndirmə dəyəri 140 milyon təşkil edib.
Şəklin yeni və əvvəlki sahibinin adı açıqlanmır.