“Azərbaycan Avropa İttifaqı üçün xüsusi ticari tərəfdaşdır”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Naxçıvan Biznes Mərkəzində ölkəmizdə fəaliyyət göstərən Aİ-nin nümayəndə heyəti ilə görüşdə deyib.
“Biz bu iqtisadi imkanları daha da gücləndirə, inkişaf etdirə və ixracı daha da artıra bilərik. Avropa İttifaqı bu iqtisadi islahatlarda Azərbaycanın yanındadır”, - Peter Mixalko vurğulayıb.
Səfir onu da əlavə edib ki, orta və kiçik biznes vahidlərinin Azərbaycanda dəstəklənməsi də prioritetlər sırasındadır: “Buna qlobal şəkildə nail olmaq mümkündür. Çünki burada müxtəlif ölkələrin şirkətləri, Avropa İttifaqı ölkələri təmsil olunurlar. Onların əksəriyyəti Naxçıvanla çalışmağa hazırdır. Məqsəd odur ki, qarşılıqlı əməkdaşlıq inkişaf etdirilsin”.