Bakının istehlak bazarı bir ildə 4% artıb

Bakının istehlak bazarı bir ildə 4% artıb Bakı. 15 fevral. REPORT.AZ/ 2018-ci ildə əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 27 568,7 mln. manat olmaqla 2017-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb.
Biznes
15 Fevral , 2019 12:03
Bakının istehlak bazarı bir ildə 4% artıb

Bakı. 15 fevral. REPORT.AZ/ 2018-ci ildə əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 27 568,7 mln. manat olmaqla 2017-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 96,3%-ni qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 4,3% üstələyərək 26 536,8 mln. manat olub.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki illə müqayisədə 19,5% artaraq 8632,6 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi