Paytaxtda ödənişli xidmətlərin dəyəri 5 % artıb

Biznes
  • 03 fevral, 2022
  • 06:59
Paytaxtda ödənişli xidmətlərin dəyəri 5 % artıb

2021-ci ildə paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci illə müqayisədə 5,1 % artaraq 4 milyard 797,2 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 057,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,6 %-ini təşkil edib.