Paytaxtda ictimai iaşə xidmətləri 24 %-dən çox artıb

Biznes
  • 02 oktyabr, 2023
  • 08:41
Paytaxtda ictimai iaşə xidmətləri 24 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsi 872,8 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,2 %-ini təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9 % artaraq 1 milyard 314,7 milyon manat olub.