Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 21 %-dək artıb

Biznes
  • 22 dekabr, 2021
  • 06:08
Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 21 %-dək artıb

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 20,7 % artaraq 574,2 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 421 milyon manat olub ki, bu da ümumi dövriyyənin 73,3 %-ini təşkil edib.

44 - Tezliklə