Paytaxtda ictimai iaşə dövriyyəsi 59 % artıb

Biznes
  • 03 sentyabr, 2022
  • 08:52
Paytaxtda ictimai iaşə dövriyyəsi 59 % artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 58,3 % artaraq 516,6 milyon manat olub.

Bu barədə “Report” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331,2 milyon manat olub. Bu da ümumi dövriyyənin 64,1 %-ini təşkil edib.