Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri cüzi azalıb

Biznes
  • 30 iyun, 2021
  • 09:33
Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri cüzi azalıb

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 810,2 milyon manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,5 % azdır.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 151,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 63,6 %-ini təşkil edib.