“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs müsabiqə elan edib

“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs müsabiqə elan edib Bakı. 22 yanvar. REPORT.AZ/ Patent və Əmtəə Nişanları Mərkəzi perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi elan edib.
Biznes
22 Yanvar , 2018 19:20
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs müsabiqə elan edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Patent və Əmtəə Nişanları Mərkəzi perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi elan edib.

“Report” bu barədə Mərkəzə istinadən xəbər verir.

Müsabiqə 2016-2017-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə 2016-2017-ci illərdə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus Patent və Əmtəə Nişanları Mərkəzində, həmçinin Avrasiya Patent İdarəsində qeydiyyata alınan patentlər təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri, pul və həvəsləndirici mükafatlar təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən ərizə-təqdimat, patentin əsli ilə birlikdə surəti, patentə məxsus ixtiranın bütün materialları, istifadəsi mümkün olan sahələr göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar, patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən etibarnamə və patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədləri təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri 5 fevral 2018-ci il tarixindən 15 mart 2018-ci il tarixinə kimi, həftənin I - V günləri Patent və Əmtəə Nişanları Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi-53) təqdim edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi