"INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər və innovasiyalarla bağlı mühüm əhəmiyyət kəsb edən platformadır.
"Report" xəbər verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge” İnnovasiya Sammitinin 2-ci günündə bildirib.
"Hazırda şirkətlər üçün ən böyük risk yenilik etməməkdir. Bu gün texnologiyalar, istehlakçı ehtiyacları dəyişir. 5-10 il əvvəl rəqəmsal marketinqin ümumi marketinq büdcəsindəki payı xeyli aşağı idi. Amma hazırda bu göstərici artır. Odur ki, şirkətlər ilk növbədə yenilik etməməyin ən böyük risk olduğunu anlamalıdırlar", - o qeyd edib.
Holdinq rəsmisinin sözlərinə görə, hazırda şirkətlər dəyişiklikləri qəbul etməli, innovasiyalara, yeni təşəbbüslərə açıq olmalıdırlar: "Bu mənada "INMerge” İnnovasiya Sammiti və bunun kimi platformalar mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərə müxtəlif ölkələrdən daha çox insanın iştirak etməsinə çalışırıq".