“PAŞA Holdinq” öhdəliklərini 15 % artırıb

Biznes
  • 01 iyul, 2025
  • 17:51
“PAŞA Holdinq” öhdəliklərini 15 % artırıb

Bu il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin aktivləri 23,3 milyard manat təşkil edib.

“Report” holdinqə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,7 % çoxdur.

Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri 15 % artaraq 20,32 milyard manata, balans kapitalı isə 5,3 % artaraq 2,98 milyard manata çatıb.

2024-cü ildə holdinq 3,07 milyard manat gəlir əldə edib. Bu, 2023-cü illə müqayisədə 27,9 % çoxdur.

Hesabat dövründə holdinqin işçilərinin sayı 10 % artaraq 22 000 olub.

Ötən ilin sonuna “PAŞA Holdinq”in Azərbaycanın bank sektorunda aktivlər üzrə Bazar Payı 36,97 % təşkil edib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 1,77 faiz bəndi çoxdur.

Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - əsasən, maliyyə, tikinti və turizm sahələrində bir sıra müəssisələrə malikdir.