Palata sədri: “Ukrayna Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır”

Palata sədri: “Ukrayna Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır” Düşünürəm ki, bizim nə qədər çox və düzgün məlumatımız olacaqsa, biz bu proseslərdə daha fəal iştirak edəcəyik
Biznes
24 İyun , 2021 19:09
Palata sədri: “Ukrayna Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır”
Gennadi Çijikov

"Ukrayna Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına qoşulmağa hazırdır".

“Report”un məlumatına görə, bunu Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın yeni tarixində baş verən mühüm hadisəni alqışlayır: “Bizim üçün bu çox vacibdir və biz Azərbaycan xalqı üçün çox narahatıq”.

O bildirib ki, artıq Ukraynanın Ticarət və Sənaye Palatası və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) arasında bununla bağlı müzakirələr aparılıb: “Bizə bununla bağlı tam məlumatlar lazımdır. Artıq razılığa gəlinib ki, yaxın zamanlarda Azərbaycan və ukraynalı iş adamları arasında video-körpü təşkil ediləcək və Azərbaycan tərəfinə nə lazım olduğu tam aydın olacaq”.

G. Çijikov deyir ki, bu video-körpü birgə əlaqələndirmə işlərinin həyata keçirilməsinə yardım edəcək: “Düşünürəm ki, bizim nə qədər çox və düzgün məlumatımız olacaqsa, biz bu proseslərdə daha fəal iştirak edəcəyik”.

Son xəbərlər

Orphus sistemi