Pakistanlı iş adamları Ələt Azad Ticarət Zonasına investisiya yatıra bilər

Pakistanlı iş adamları Ələt Azad Ticarət Zonasına investisiya yatıra bilər Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Pakistana səfəri zamanı bu ölkənin iş adamları Ələt Azad Ticarət Zonasında fəaliyyət göstəməyə dəvət edilib.
Biznes
1 Mart , 2018 13:40
Pakistanlı iş adamları Ələt Azad Ticarət Zonasına investisiya yatıra bilər
Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand / Report/ Firi Salim

Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Pakistana səfəri zamanı bu ölkənin iş adamları Ələt Azad Ticarət Zonasında fəaliyyət göstəməyə dəvət edilib.

Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

Onun fikrincə, Azad Ticarət Zonasının açılışından sonra çox güman ki, ölkəsinin şirkətləri bura cəlb olunacaqlar.

“Azad Ticarət Zonası Azərbaycanda ilk dəfə yaradılır, Pakistanda da çoxdan mövcuddur. Bu, yalnız Azərbaycan üçün deyil, həmçinin region ölkələri üçün prespektivlidir”, - deyə səfir əlavə edib. 

Son xəbərlər

Orphus sistemi