Pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib Pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.
Biznes
2 Dekabr , 2022 16:33
Pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.

"Report" İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, dekabrın 2-də Bakıda səfərdə olan Pakistanın “Global Business Alliance”ın (GBA) sədri Muhammad Asif Noorun başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

Məlumata görə, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, rezidentlər tərəfindən istehsal olunan məhsulların ixrac imkanlarına dair müzakirələr aparılıb

Sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi