Özbəkistan Azərbaycana tikinti materiallarının ixracını artırır
- 17 dekabr, 2021
- 15:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistanın “Uzpromstroymaterials” dövlət asosiasiyası gələn il Azərbaycana tikinti materiallarının ixracını artırmaq niyyətindədir.
Bunu “Report”a açıqlamasında qurumun mətbuat katibi Cəmşid Şirmətov bildirib.
“Azərbaycanla Özbəkistan arasında tikinti materialları tədarükü sahəsində əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir. Özbəkistandan Azərbaycana daha çox keramika, kafel, üzlük lövhələri, quru qatışıqlar, gips-karton lövhələri göndərilir. Amma biz daha çox tikinti məhsulları tədarük etmək fikrindəyik” – deyən şirkət nümayəndəsi bu ilin 9 ayında ölkəsindən Azərbaycana 3 milyon dollara yaxın tikinti materialları ixrac olunduğunu, gələn il bu rəqəmi ikiqat artırmaq niyyətində olduqlarını diqqətə çatdırıb.