Özbəkistan Azərbaycana çəkməli tütün ixracını kəskin artırıb

Biznes
  • 08 avqust, 2022
  • 09:30
Özbəkistan Azərbaycana çəkməli tütün ixracını kəskin artırıb

2022-ci ilin ilk 5 ayında Azərbaycan xaricdən 20,746 milyon ABŞ dolları dəyərində 1 min 264 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28,8 %, kəmiyyət olaraq – 43,3 % azdır.

Hesabat dövründə Ukraynadan 12,195 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,3 dəfə azalıb) 784,51 ton (-2,7 dəfə), Özbəkistandan 7,437 milyon ABŞ dolları dəyərində 341,69 ton, Türkiyədən 637,1 min ABŞ dolları dəyərində (-1,7 %) 49,88 ton (-42 %), İordaniyadan 459,99 min ABŞ dolları dəyərində 87,12 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstandan 12,05 min ABŞ dolları dəyərində 0,52 ton məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Gürcüstan və Özbəkistandan tədarük həyata keçirilib.

Mayda Azərbaycan əsasən çəkməli tütünü Özbəkistandan alıb. Bu ölkədən idxal əvəllki 4 ayın göstəriciləri ilə müqayisədə müvafiq olaraq 7,6 dəfə və 3,7 dəfə artıb.

44 filmi