Ulyanovskdan Azərbaycana 22 mln dollar dəyərində məhsul idxal edilib

Ulyanovskdan Azərbaycana 22 mln dollar dəyərində məhsul idxal edilib “Cherkizovo” qrupu kolbasa istehsalını artıraraq Azərbaycana tədarük etməyi planlaşdırır
Biznes
26 Fevral , 2021 16:44
Ulyanovskdan Azərbaycana 22 mln dollar dəyərində məhsul idxal edilib

"Azərbaycan Rusiyanın Ulyanovsk vilayətinin istehsalçılarının çeşidini genişləndirmək və tədarükünü artırmaq üçün ciddi bir bazardır".

“Report”un Rusiya mətbuatına istinadən vediyi məlumata görə, bunu Rusiya Federasiyası hökuməti nəzdindəki nümayəndəlikdə Ulyanovsk vilayətinin regional hökumət sədrinin müavini Aleksandr Rumyantsev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ulyanovsk vilayətinin xarici ticarət dövriyyəsinə görə 10-cu, bölgədən ixracat həcminə görə isə 5-ci yerdə qərarlaşıb: “Azərbaycan bu bölgə üçün köhnə, başa düşülən və çox perspektivli bir tərəfdaşdır və 30 regional müəssisə məhsullarını uğurla Azərbaycana ixrac edir”.

O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dialoqunda mühüm faktor olan sərbəst ticarət razılaşması mövcuddur: “Pandemiyaya baxmayaraq, ötən il vilayətin Azərbaycanla ticarət dövriyyəsi artıb. Ulyanovsk vilayətinin məhsullarının ixrac həcmi 2020-ci ildə 22,11 milyon ABŞ dolları təşkil edib. Əsas mal qruplarına taxıl, avtomobil texnikası, qara metallardan hazırlanan məhsullar, metal olmayan mineral xammal, mexaniki avadanlıq və texnologiya, kompüterlər daxildir”.

A.Rumyantsev yeni məhsul qruplarının Azərbaycan bazarına çıxarılmasında maraqlı olduqlarını bildirib: “Xüsusilə, “Cherkizovo” qrupu Ulyanovsk vilayətində 500 tona yaxın kolbasa istehsal edir və bu məhsul həcmlərinin Azərbaycana tədarük edilərək artırmağı planlaşdırır”.

Son xəbərlər

Orphus sistemi