Ötən il sahibkarlara 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib

Ötən il sahibkarlara 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib 2022-ci il ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib.
Biznes
31 Yanvar , 2023 12:47
Ötən il sahibkarlara 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib

2022-ci il ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikat verilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M. Abbasbəylinin sözlərinə görə, ötən ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib.

O, qeyd edib ki, Türk Standartları İnstitutu ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9 000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib:

"AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2 700-dən artıq məhsul üzrə 12 000-dən çox sınaq aparılıb. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 20 laboratoriyanın yaradılması istiqamətində işlərə başlanılıb. Ötən il Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditə edilib, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib".

Son xəbərlər

Orphus sistemi