Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 % artıb

Biznes
  • 08 fevral, 2023
  • 08:55
Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 % artıb

2022-ci ildə Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci il ilə müqayisədə 5 % artaraq 30 milyard 819,1 milyon manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 16,9 % artaraq 18 milyard 698,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9 % azalaraq 12 milyard 121 milyon manata bərabər olub.

İstehlak məhsullarının 32,5 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 52,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,2 %-i isə paytaxtın bazar və yarmarkalarında satılıb.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Məlumata görə, 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 4 % artıb.

44 - Tezliklə