Ötən il Gürcüstan Azərbaycandan siqaret tədarükünü 24 dəfə artırıb

Biznes
  • 23 yanvar, 2024
  • 06:30
Ötən il Gürcüstan Azərbaycandan siqaret tədarükünü 24 dəfə artırıb

2023-cü ildə Gürcüstan Azərbaycandan 11,6 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 24 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən 23 ölkə sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 22 % çoxdur.

Ötən il Gürcüstan Türkiyədən 56 milyon ABŞ dolları, Ermənistandan 27 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 19,8 milyon ABŞ dolları, Özbəkistandan isə 11,2 milyon ABŞ dolları dəyərindən siqaret idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 130 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 474 min ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci ildə Gürcüstan Azərbaycandan siqaret tədarük etməyib.