Ötən il Gürcüstan Azərbaycana rekord həddə plastik və rezin məmulatlar ixrac edib
- 22 yanvar, 2024
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Gürcüstan Azərbaycana 22,24 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ilin rekord göstəricisidir, eyni zamanda 2022-ci illə müqayisədə 40 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi ölkələr (72) sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 86 milyon ABŞ dolları dəyərində sözügedən məhsul satıb ki, bu da bir il əvvəlki göstəricidən 4,5 % azdır. O cümlədən, Gürcüstandan Ermənistana 21 milyon ABŞ dolları dəyərində, Türkiyəyə 6,9 milyon ABŞ dolları dəyərində, Qazaxıstana 4,7 milyon ABŞ dolları dəyərində, Polşaya 4,2 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 90 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib ki, bunun da 15,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 61 % artıb.