Ötən il Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 19 % artırıb

Biznes
  • 14 yanvar, 2022
  • 09:45
Ötən il Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 19 % artırıb

Azərbaycan vətəndaşları 2021-ci il ərzində Türkiyədə 1 517, təkcə dekabr ayında isə 192 mənzil alıb.

"Report" qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 18,6 % və 23,9 % çoxdur.

2021-ci il ərzində Türkiyədə xarici vətəndaşlara 59 282, ötən ay isə 7 930 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 43,5 % və 77,04 % çoxdur.

Dekabrda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 1 462, 2021-ci il ərzində isə 10 056 mənzil satılıb.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 1 039, 2021-ci il ərzində isə 8 661 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə dekabrda 885, 2021-ci il ərzində isə 5 379 mənzilə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti