Ötən il Azərbaycan Gürcüstanın keramika məhsulları satdığı əsas ölkələrdən olub

Biznes
  • 24 yanvar, 2024
  • 14:40
Ötən il Azərbaycan Gürcüstanın keramika məhsulları satdığı əsas ölkələrdən olub

2023-cü ildə Gürcüstan Azərbaycana 106 min ABŞ dolları dəyərində keramika məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 10,4 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın keramika məhsulları ixrac etdiyi 38 ölkə sırasında 3-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,2 milyon ABŞ dolları dəyərində keramika məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 41 % azdır.

O cümlədən, Gürcüstandan Ermənistana 520 min ABŞ dolları dəyərində, Rusiyaya 113 min ABŞ dolları dəyərində, Xorvatiyaya 77 min ABŞ dolları dəyərində, İsrailə 66 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 2 milyon ABŞ dolları dəyərində keramika məhsulları ixrac edib ki, bunun da 96 min ABŞ dolları Azərbaycanın payına düşüb.

44 - Tezliklə