Orxan Nəzərli: "İqtisadiyyatda “ağarma indikatorları” yaxından təhlil edilir"
- 01 aprel, 2022
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadi prosesləri, xüsusilə də iqtisadiyyatda “ağarma indikatorları”nı yaxından təhlil edir".
"Report" xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, son illərdə vergi ödəyicilərinin əməliyyatları üzrə risk səviyyələrini təhlil və müəyyən edən müxtəlif rəqəmsal alətlərdən istifadə olunur, vergi inzibatçılığının aktiv rəqəmsallaşdırılması prosesinə xüsusi önəm verilir.
2022-ci ildə vergi ödəyicilərinə xidmət sahəsində bir sıra yeniliklərin tətbiqinə diqqət çəkən O.Nəzərli onların daha çox kiçik və orta sahibkarlığın vergi öhdəliklərinin icrası, vergi hesabatlarının göndərilməsi prosesinin sadələşdirilməsinə istiqamətləndiyini qeyd edib.