Orxan Məmmədov: “Türkdilli ölkələrlə ticarəti artırmaq üçün böyük potensial var”

Orxan Məmmədov: “Türkdilli ölkələrlə ticarəti artırmaq üçün böyük potensial var” “Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial mövcuddur”.
Biznes
18 Fevral , 2022 10:44
Orxan Məmmədov: “Türkdilli ölkələrlə ticarəti artırmaq üçün böyük potensial var”
Orxan Məmmədov

“Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial mövcuddur”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O, bu barədə Bakıda rəhbərlik etdiyi qurumun, eləcə də Milli Məclisin və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda danışıb.

“2020-ci ildə Azərbaycan TDƏŞ ölkələri ilə 4,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9% olsa da, bu rəqəmi artırmaq üçün böyük potensial mövcuddur. Türkdilli xalqları birləşdirən ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Dövlətimiz bütün tərəfdaş ölkələrlə, iqtisadi və ticarət əlaqələrini möhkəmləndirərək, uğurlu investisiya qoyuluşunu təşviq edir və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı iqtisadi siyasətimizin prioritet istiqamətləri sırasındadır”, - deyə O.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi