Orxan Məmmədov: "Sahibkarların maliyyə resurslarına çıxışında böyük problemlər var"

Biznes
  • 29 sentyabr, 2022
  • 10:26
Orxan Məmmədov: Sahibkarların maliyyə resurslarına çıxışında böyük problemlər var
Orxan Məmmədov

"Azərbaycanda, xüsusilə də regionlarda sahibkarların maliyyə resurslarına çıxışında böyük problemlər var". 

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Biz bankarı da başa düşürük ki, təminat olmadan kredit vermək istəmirlər. Bu məsələdə dövlət qurumları fikirləşməlidir ki, nələr etmək olar ki, sahibkarlar daha asan maliyyə resurslarına çıxış əldə etsinlər", - deyə o, qeyd edib. 

Bundan başqa, O.Məmmədov bildirib ki, KOBİA hazırda regionlarda geniş fəaliyyət göstərir: "Biz tez-tez regionlarda görüşlər keçiririk, onlara dəstək veririk. Hazırda 40 "KOB dostu" mərkəzləri pulsuz olaraq saibkarlara məsləhət və dəstək verir. Ancaq bizim hazırda illik büdcəmiz 20 milyon manatdır ki, bunun da 10 milyon manatı maaşların verilməsinə yönəldilir. Qalanı ilə isə nə qədər mümkünsə o qədər dəstək veririk".

Son xəbərlər

Bütün Xəbər Lenti