Orxan Məmmədov: "Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər"

Orxan Məmmədov: "Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər" Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər.
Biznes
24 Yanvar , 2022 13:17
Orxan Məmmədov: Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər

Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara xidməti pasportların verilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xidməti pasportların verilməsi  "Pasportlar haqqında" qanunla tənzimlənir: " Biz bilməliyik ki, bu pasportlar sahibkarara nə verəcək. Bu əsaslandırılarsa, bu məsələyə baxıla bilər". 

Son xəbərlər

Orphus sistemi