Orxan Məmmədov: "Ötən il sahibkarların sərgilərdə təmannasız iştirakına dəstək göstərilib"

Orxan Məmmədov: "Ötən il sahibkarların sərgilərdə təmannasız iştirakına dəstək göstərilib" İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ötən il KOB subyektlərini mövcud maliyyə resursları, onlara çıxşla bağlı məlumatlandırıb, müvafiq təşkilatlarla əlaqələndirib
Biznes
1 Mart , 2021 11:27
Orxan Məmmədov: Ötən il sahibkarların sərgilərdə təmannasız iştirakına dəstək göstərilib

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ötən il KOB subyektlərini mövcud maliyyə resursları, onlara çıxşla bağlı məlumatlandırıb, müvafiq təşkilatlarla əlaqələndirib.

“Report”un məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, KOB subyektlərinin maliyyə bazarındakı alətlərə və mexanizmlərə çıxışının asanlaşdırılması və koordinasiyası məqsədilə Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və digər maliyyə qurumlarının iştirakı ilə platforma yaradılıb: "Bu platforma çərçivəsində mütəmadi müzakirələr aparılır".

Bundan başqa, O. Məmmədov bildirib ki, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyasına görə sərgilərin keçirilməsinə məhdudiyyətlər qoyulduğundan Agentlik yalnız ilin əvvəlində mikro və kiçik sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmannasız iştirakına dəstək göstərib: “Bu sərgilərdə KOB subyektləri məhsul və xidmətlərini tanıdıb, satış imkanlarını genişləndirib, yeni işgüzar əlaqələr qurublar”.

Son xəbərlər

Orphus sistemi