"Opel"in Almaniyadakı zavodu bağlanıb

"Opel"in Almaniyadakı zavodu bağlanıb "Opel"in Azərbaycandakı dileri məsələdən xəbərsizdir
Biznes
6 Dekabr , 2014 12:18
Opelin Almaniyadakı zavodu bağlanıb
Bakı. 6 dekabr. REPORT.AZ / ABŞ-ın "General Motors" konserninə məxsus "Opel" şirkətinin Almaniyanın Şimali Reyn-Vestfalya əyalətinin Boxum şəhərində yerləşən avtomobil zavodu fəaliyyətini dayandırıb. "Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ötən gün müəssisədə sononcu avtomobil istehsal olunub. Bu, "Opel Zafira" markasından olan avtomaşın olub. 

"Opel" avtomobillərinin Azərbaycanda rəsmi dilleri olan "Cahan Holdinq"in rəsmiləri bununla bağlı "Report"a münasibət bildirib: "Bizim bununla bağlı məlumatımız yoxdur. Hazırda şirkətimizin satış salonlarında kifayət qədər "Opel"in bütün modellərinə aid avtomobillər var".

Qeyd edək ki, "Opel"in bu avtomobil zavodunda 3 min işçi çalışıb.

Son xəbərlər

Orphus sistemi