Çinin ən nəhəng avtomobil konserni “SAIC Motor” “Alibaba Group” və “Zhangjiang Hi-Tech” şirkətləri ilə birgə istehsal etdiyi “IM Motors” elektrik avtomobilləri markasının Azərbaycanda rəsmi idxalçısı “ONVOLT” MMC, brendə aid olan yenilənmiş flaqman sedan IM L7 və tam yeni idman üslublu liftbek IM L6 modellərini təqdim edib.
Bu barədə "ONVOLT" şirkətinin Direktor Müavini Nəzmi İsmayılov məlumat verib. O Bildirilib ki, tam elektrikli, 4931/1960/1474 ölçülərində olan IM L6 dörd fərqli konfiqurasiyada təqdim edilir və təchizatdan asılı olaraq 294-dən – 787-dək at gücünə və 650 - 850 km-dək maksimal yürüş imkanlarına malikdir. Qiymətlər 65.790 – 82.790 ₼ aralığında dəyişir.
Flaqman sedan IM L7 isə 5108/1960/1485 ölçülərə, 2 konfiqurasiyada olmaqla 340 və 578 at gücünə, 625 və 708 km maksimal yürüş imkanlarına malikdir. Qiymətlər 82.790 və 89.590 ₼ təşkil edir.
Avtomobillərə 4 il və ya 100.000 km batareyalarına isə 8 il və ya 200.000 km zəmanət verilir.
Peşəkar avtomobil satışı və texniki xidmət göstərilməsi sahəsində geniş təcrübəyə malik komandası olan “ONVOLT” MMC ,həm də, “Skywell” elektrik avtomobillərinin də Azərbaycanda rəsmi idxalçısıdır.
“ONVOLT” təmsil etdiyi avtomobillərə professional texniki xidmət göstərilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş texniki qulluq mərkəzinə və ehtiyat hissələri anbarına malikdir.
Ətraflı məlumat üçün +994 99 440 0007 əlaqə saxlayıb və ya Ceyhun Hacibəyli 194 ünvanına yaxınlaşa bilərsiniz.