Nazir müavini: "Bu gün ölkədə yaradılmış əlverişli mühit sahibkarların işini stimullaşdırır"

Nazir müavini: "Bu gün ölkədə yaradılmış əlverişli mühit sahibkarların işini stimullaşdırır" “Mebel sənayesi ümumi sənayenin aparıcı istiqamətlərindən biridir və bu sahədə xeyli irəliləyişlər əldə edilib”.
Biznes
4 Sentyabr , 2019 13:16
Nazir müavini: Bu gün ölkədə yaradılmış əlverişli mühit sahibkarların işini stimullaşdırır

“Mebel sənayesi ümumi sənayenin aparıcı istiqamətlərindən biridir və bu sahədə xeyli irəliləyişlər əldə edilib”.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xırdalan şəhərində fəaliyyətə başlayan mebel istehsalı müəssisəsinin açılışında deyib.

O vurğulayıb ki, bu ilin 7 ayında qeyri-neft sənayesi 15,8 faiz, mebel sənayesində 33,6% artım əldə edilib.

S.Məmmədovun sözlərinə görə, bu gün ölkədə yaradılmış əlverişli mühit sahibkarların işini stimullaşdırır: “Yeni müəssisəslərin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılır. Bu isə hədəflərə nail olunduğumuzun göstəricisidir”.

Orphus sistemi