Bakı. 13 aprel. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünyanın 35 inkişaf etmiş ölkəsində vergi yükü ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırma nəticəsində ən çox vergi yükünün Belçikada olduğu üzə çıxıb – 54%.
İlk onluqda Almaniya (49,4%), Macarıstan (48,2%), Fransa (48,1%), İtaliya (47,8%), Avstriya (47,1%), Finlandiya (43,8%), Çexiya (43%), İsveç (42,8%) və Sloveniya (42,7%) qərarlaşıb.
Araşdırmaçılar ən az vergi yükünün isə Çilidə (7%), Yeni Zelandiyada (17,9%) və Meksikada (20,1%) olduğu müəyyənləşib.