Nurlan Hacıyev: “Azərbaycan qadınlarının biznes aktivliyi artır"
- 19 noyabr, 2022
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan qadınlarının biznes aktivliyi getdikcə artır.
“Report” xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının Azərbaycan üzrə meneceri Nurlan Hacıyev bildirib.
“Biz “Visa Elevator Pitch Day” təşəbbüsü çərçivəsində 600-dən çox ərizə qəbul etmişik. 200-dən artıq iştirakçı öz ideyasını təqdim etmək hüququ qazanıb. Bu “Visa” tərəfindən başladılan və “She’s Next Empowered” təşəbbüsünün ikinci dalğasıdır”.
O bildirib ki, “Visa”nın bu təşəbbüsünə maraq böyükdür və artıq Azərbaycan qadınları kifayət qədər fəaldır: “Çalışırıq ki, təlimlərimizlə Azərbaycandakı xanım sahibkarların gündəlik işə fəaliyyətlərinə töhfə verək".
Xatırladaq ki, “Elevator pitch” sahibkarın qısa zaman kəsiyində öz biznesini təqdim edərək investoru həmin biznesə sərmayə qoymağa sövq etməsidir. Belə nitqlər adətən 60 saniyəyə qədər çəkə bilər. Oxşar layihə Azərbaycanla yanaşı, Ukrayna, Rusiya və digər MDB ölkələrində icra edilir.
Qeyd edək ki, bu gün həmçinin beynəlxalq ödəmə sistemi olan “Visa”nın Azərbaycanda keçirdiyi “Visa Elevator Pitch Day” yarışının 12 finalçısından 2 qalibi müəyyən olunub. Yarışın qalibləri Türkan İsmayilova 15 min manat və Səbinə Həşimova 10 min manat mükafat qazanıb.